Xəbərlər

Məşhur musiqiçi Fələstindən yazdı: Şuşadan bu görüntüləri paylaşdı

srtnhrdsthnr

On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməsidir. Bu gecə öləcəyini düşünən dərdli analar, atalar gözümün önünə gəlir. Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdayıq Qəzza, həm də iliklərimizə qədər. Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan cəsarətli bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir.

Millinews.az xəbər verir ki, bu sözləri məşhur musiqiçi Sinan Akçıl sosial media hesabında yazıb və əlavə olaraq Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanın Şuşada çıxışını paylaşıb.

Fələstin-İsrail münaqişəsindən yazan Sinan, Kənanın “Xarıbülbül” Musiqi Festivalında, Cıdır Düzündə səsləndirdiyi “Bayatı-Şiraz”ı türk dünyasının ağısı adlandırıb.

Müğənninin izləyiciləri Kənanın ifasına heyran olduqlarını və mükəmməl səsə malik olduğunu qeyd ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu