“14 ildir ki, ailəliyəm. Bu illər ərzində ərim mənə bir dəfə də olsa çırtma vurmayıb. Ancaq o bilib ki, belə etsə bizim ailəmiz məhv olacaq. Ailəmizdə xəyanət və şiddət olmamalıdır. Mən şiddətə heç zaman dözə bilmərəm”.
OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var” maqazin verilişində deyib.
Sənətçi həyat yoldaşı, rejissor Elçin Məmmədovla münasibətlərindən söz açıb:
“Xəyanətə dözən qadınlar ən güclü qadınlardılar. Onlar o yükü daşıyıb ailə şəklində qala bilirlər. Başıma belə bir hadisə gələrsə bilmirəm ailəni davam etdirə bilərəm yoxsa yox. Həyatda hər şey sevgidən ibarət deyil. Mən həm sevib həm də ağılla ailə qurmuşam. Mən ərim Elçinin davranışını, əxlaqını, imanını, dürüstlüyünü sevmişəm. Ailəmdə şiddət yoxdur. Mən icazə vermərəm ki, ərim mənə bir çırtma belə vursun. O həddə gəlmişik ki, dava olub amma Elçin bilib ki, mənə əlini qaldırsa ailəmiz məhv olacaq. Mən özümə qayğı və diqqət sevən qadınlardanam. Mən tək özümə qayğı istəmirəm, özüm də o qayğını verirəm. Ailə budur! Ailə o demək deyil ki, mən kölə, qulam təki ərim yanımda olsun. Ailə bundan ibarət deyil. Ər evindən meyidi çıxan gəlinlərimizdə çoxdur. Çox təəssüflər olsun. Ailə o demək deyil ki, sən evdə oturub mənə dözməlisən mən isə gedib öz işlərimi görməliyəm, əyləncəmi yaşamalıyam”.
Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan Xuraman Şuşalının dörd övladı var.
https://ok.ru/videoembed/7688976599561