İdman
Hava ilə bağlı XƏBƏRDARLIQ – Güclü qar YAĞACAQ

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.



