Xəbərlər

Azərbaycanda koronavirusa qarşı bu vaksinin istifadəsi DAYANDIRILDI


Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştammlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.

Millinews.az xəbərə verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmur.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Xatırladaq ki, Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunurdu.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu