Xəbərlər

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı QƏRAR VERDİ

mehkeme

Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Millinews.az xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qəbul edilib.

Qeyd edək ki, Ceyhun Cəfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov vəzifə səlahiyyətlərindən istifadə etməklə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi cinayət işi üzrə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəməsi isə 4 il 6 aya endirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu