Qəzzalıları gözləyən başqa bir təhlükə: Tonlarla zibil və onun gətirəcəyi…
Blokada altında olan Qəzzada zibillər hava hücumuna görə yığılmır. Bu da insan sağlamlığı üçün ciddi problem deməkdir.
Millinews.az xəbər verir ki, Qəzzada vəziyyət getdikcə ciddiləşir. Yük maşınlarına olan hücum təhlükəsindən küçələr və yaşayış məntəqələrinə yaxın ərazilərə zibillər yığılıb. Nəticədə yaranan zibil qalaqları münaqişələrin baş verdiyi regionda epidemiya riskini artırır, humanitar böhranı daha da dərinləşdirir.
Zibillərin yığılmaması xəstəliklərin yayılmasına səbəb olacaq böyük problemdir. Qəzza zolağının mərkəzində yerləşən Maqazi şəhərinin meri Dr. Hatəm Əl-Qəmri bildirib ki, yük maşını sürücüləri hava hücumlarının hədəfinə çevrilməmək üçün öz vəzifələrini yerinə yetirə bilmirlər:
“Zibillərin yığılmaması xəstəliklərin yayılmasına və insanların əzabının artmasına səbəb olacaq böyük problemdir”, – Qəmri deyib.
Aysel Şahmar