Xəbərlər

İsrail millisi ev oyunlarını bu ölkədə keçirəcək

İsrail milli komandasının Avro-2024-ün seçmə mərhələsində İsveçrə və Rumıniyaya qarşı ev oyunlarını keçirəcəyi yer müəyyənləşib.

Millinews.az UEFA-ya istinadən xəbər verir ki, komanda Qəzza zolağında baş verənlərlə əlaqədar ev oyunlarını İsraildə yox, Macarıstanın Felçsut şəhərindəki “Panço Arena”da keçirəcək.

İsrail yığması noyabrın 15-də İsveçrə, noyabrın 18-də isə Rumıniya ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, hər iki matçda azarkeşlər stadiona buraxılacaq.

Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA İsrail təmsilçilərinin ev oyunlarını neytral meydanda keçirməsinə qərar verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu