Maqazin

Bakıda ərlə arvaddan inanılmaz əməl: 30 manata… – TƏFƏRRÜAT

Bakıda yaşadıqları evdə əxlaqsızlıq yuvası yaradan ər-arvad cinayət məsuliyyətinə cəlb edilib.

Barələrində Cinayət Məcəlləsinin 244.2.2-ci (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılmış 49 yaşlı R. S. və həyat yoldaşı, 47 yaşlı N.S.-ə Nəsimi Rayon Məhkəməsində hökm oxunub.

Məhkəmədə bildirilib ki, ər-arvad daimi qeydiyyatda olduqları və yaşadıqları Nəsimi rayonu Xəqani küçəsindəki mənzili 2019-2022-ci illər ərzində mütəmadi olaraq saatlıq kirayə veriblər. Onlar evin yataq otağında cinsi əlaqədə olmaq üçün müraciət edənlərə şərait yaradaraq 30 manata kirayə veriblər. Ər-arvaddan hər hansı biri paytaxtda və ya yaxınlıqda olmadıqda onlardan biri müştərini digərinə istiqamətləndirirmiş.

Nəsimi Rayon Məkəməsi onları qeyd edilən maddə üzrə təqsirli bilib. R.-ə 2, həyat yoldaşına isə 1 il 6 ay müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib. / qafqazinfo

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu