NATO-ya XƏBƏRDARLIQ: “Yeni münaqişə riski var”
“Alyans Rusiyanın Şimal dəniz marşrutu ilə Çin gəmiçiliyindən narahatdır”.
Millinews.az xəbər verir mi, bunu “Bloomberg”ə müsahibəsində NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer deyib.
O, NATO-nu Arktikada münaqişə riski ilə bağlı xəbərdar edib və bunun Rusiya ilə Çin arasındakı dostluğa görə təhdid etdiyini vurğulayıb.
“Biz bilirik ki, bu gəmilərin göyərtəsində hərbi elm adamları var. Onlar ora hərbi yolla getməyəcəklərini deməyiblər”, – o deyib.
Hərbçi əlavə edib ki, Rusiya-Çin münasibətlərinin möhkəmlənməsi qlobal sabitliyə xələl gətirə bilər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya NATO ölkələrinin Arktikaya təsirini genişləndirmək cəhdlərinə cavab verəcək. Nazir xatırladıb ki, Rusiya həmişə qeyd edib: “bu regionda hərbi güc proyeksiyası ilə həllini tələb edən heç bir məsələ yoxdur”.
Hüseyn İbadlı