Medvedyevin təhqir və hədəsinə Paşinyanın cavabı
Səhv etmirəmsə, buna birbaşa cavab verməmişəm və artıq dediklərimdən başqa heç nəyə açıq cavab verməyəcəyəm. Bu mövzulara toxundum. Amma o da göz qabağındadır ki, qeyd etdiyiniz faktlar ən azı suallar doğurur və bu suallara cavab tapmaq lazımdır.
Millinews.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Voll Strit Jurnal”a müsahibəsində Rusiyanın yüksək rütbəli məmurlarının, o cümlədən TŞ sədrinin müavini Medvedyevin ona qarşı təhqiramiz ifadələr işlətməsinə və dövlət çevrilişinə çağıran sözlərinə necə münasibət göstərdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu yanaşma bir-birinin daxili işlərinə qarışmama, diplomatik etiket qaydaları da daxil olmaqla, bir çox qaydaları pozur və təbii ki, şəxsi ölçüdə problemlər yaradır”, – o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Nikol Paşinyana eyhamla bu cür post paylaşmışdı: “Bir dəfə qardaş ölkədən olan həmkarım mənə dedi: “Mən ki sizə yadam, siz məni qəbul etmirsiniz”. Mən deməli olduğumu dedim: “Biz tərcümeyi-halına deyil, hərəkətlərinə görə mühakimə edəcəyik”. Sonra müharibəni uduzdu, amma qəribə bir şəkildə vəzifəsini qorudu. Sonra o, rüsvayçı məğlubiyyətinin məsuliyyətini Rusiyanın üzərinə qoymaq qərarına gəldi. Sonra ölkəsinin ərazisinin bir hissəsindən imtina etdi. Sonra NATO ilə oynamaq qərarına gəldi, arvadı isə nümayişkaranə şəkildə peçenye ilə düşmənlərimizlə görüşə getdi.
Təxmin et, onu hansı aqibət gözləyir…”
Xatırladaq ki, Medvedyev Qarabağı nəzərdə tutaraq, “ölkəsinin bir hissəsindən imtina etdi” sözləri ilə beynəlxalq hüquqa, o cümlədən Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dəfələrlə verdiyi bəyanata, o cümlədən Rusiya və Azərbaycan arasındakı 22 fevral 2022-ci ildə bağlanan sazişə zidd olaraq, əslində, Rusiyanın işğalçı, hüquqtanımaz mahiyyətini öz simasında eybəcər formada ifşa etmişdi.