Xəbərlər

Avropa İttifaqından viza ilə bağlı YENİ QƏRAR

visa

Avropa İttifaqı birlik ölkələrinin sərhədlərində pasportlara viza möhürlərinin vurulmasının rəqəmsal yoxlamalarla əvəzlənəcəyi yeni təftiş sistemini tətbiq etmək qərarına gəlib. Aİ nümayəndələri Lüksemburqda keçirilən Daxili İşlər Şurasının iclasında yeni sistemlə bağlı konsensusa gəliblər.

Millinews.az xəbər verir ki, bu barədə “Dutch News” məlumat yayıb.

EES giriş və çıxış sistemi 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Onun fəaliyyəti üçün Aİ sərhədində xüsusi özünəxidmət köşkləri yerləşdiriləcək. Şəxsi məlumatların, verilənlər bazasında barmaq izlərinin olub-olmadığını, habelə gəliş-gediş tarixi və yeri ilə bağlı məlumatları yoxlamaq üçün sistemdə vətəndaşlar pasportlarını özləri skan etməli olacaqlar.

EES bütün Aİ ölkələrində etibarlı olacaq, lakin uzunmüddətli viza sahiblərinə və ya dövlətlərdə iqamət edənlərə şamil edilməyəcək. Bundan əlavə, sistem Kipr və İslandiya kimi Aİ ada üzvlərinə aid edilməyəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu