Xəbərlər
Azərbaycan XİN Əlcəzairi TƏBRİK ETDİ
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibəti ilə təbrik edib.
Millinews.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“Dost Əlcəzair hökumətini və xalqını Milli Günü münasibəti ilə təbrik edirik. Biz Azərbaycan və Əlcəzair arasında əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, – paylaşımda bildirilib.