Xəbərlər

ABŞ Yaxın Şərqdə əlavə HHM sistemləri yerləşdirir

patriot raket

ABŞ ordusu bölgədə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin batareyalarını və əlavə “Patriot” zenit-raket komplekslərini yerləşdirməklə Yaxın Şərqdəki mövcudluğunu gücləndirir.

Millinews.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

O, bu sistemlərin dəqiq yerini və sayını deyə bilmədiyini vurğulasa da, əməliyyatın tam sürətlə getdiyini qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər regionda Amerika hərbi qüvvələrinin müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Bu sistemlərin yerləşdirilməsi təşəbbüsü ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənib və o, prosesin oktyabrın 22-də başlaması barədə göstəriş verib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu