Musa Qurbanın qucağında… – 19 ilin nadir fotosu

Hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov özünün Vatsap statusunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı foto paylaşıb.
Qol az xəbər verir ki, şəkil 2006-cı ildə, Qurban Qurbanovun futbolçu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən vida oyununda çəkilib.
Həmin vaxt yerli və Azərbaycanda oynayan legionerdən ibarət seçmə futbolçular qarşılaşıb. Q.Qurbanov və R.Sadıqov Azərbaycan milli komandasının forması ilə oyuna çıxıblar.
Qeyd edək ki, şəkildə Q.Qurbanovun qucağındakı uşaq onun oğlu, hazırda “Qarabağ”da çıxış edən Musa Qurbanlıdır. M.Qurbanlının həmin vaxt 4 yaşı olub. Şəkildə futbol ictimaiyyətinə tanış daha bir sima var. Qara kurtkada olan şəxs Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovdur.
Xatırladaq ki, bir çox klubda oynamış Q.Qurbanovun futbolçu kimi son komandası Bakı “İnter”i olub.



