Xəbərlər
Millinews.az – Türkiyəli qadın ölümü ilə altı nəfərin həyatını xilas etdi
Türkiyənin İzmir şəhərində 35 həftəlik hamilə ikən beynində şiş aşkarlanan və diaqnozdan bir həftə sonra dünyasını dəyişən Özlem Serbes altı nəfərin həyatını xilas edib.
Belə ki, həkimlər dərhal qeysəriyyə əməliyyatını həyata keçirərək ana bətnində olan uşağı xilas ediblər.
Lakin əməliyyatdan yeddi gün sonra Özlem həyatını itirib.
Onun həyat yoldaşı Togay Serbes isə qadının son arzusunu yerinə yetirib və Özlemin sağlam orqanları digər xəstələrə transplantasiya edilib.
Mənbə: İHA