Xəbərlər
Üç gün öncə qətl törətdi, bu gün həbs edildi
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.
Millinews.az xəbər verir ki, o, Şərur rayonu Yengicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib. Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.