Xəbərlər

Bu avtomobillər Misirdən Qəzza zolağına daxil oldu

qezza

Qəzza zolağının sakinləri üçün humanitar yardım aparan ilk yük maşınları Misirin Rəfah keçid məntəqəsindən keçib.

Millinews.az xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb .

Qızıl Aypara Cəmiyyəti nümayəndəsinin sözlərinə görə, ilk olaraq ora dərman və tibbi ləvazimatlar çatdırılır.

Tərəflər arasında razılaşdırıldığı kimi, son bir neçə gündə beynəlxalq ictimaiyyət tərəfindən Misirin Sinay yarımadasının şimalındakı Əl-Ariş şəhərinin hava limanına çatdırılan humanitar yardım daşıyan 20 yük maşını şənbə günü Qəzzaya daxil olub. Yüklərin daşınmasına nəzarət Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən həyata keçirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu