Xəbərlər

ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.

Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

“Bu məqalədəki (“Politico”dakı məqaləyə istinad – Qeyd) ifadələr qeyri-dəqiqdir və dövlət katibi Blinkenin amerikalı qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.

Qeyd edək ki, Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu