Xəbərlər
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 6,1 faiz artıb
Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektorunda məhsul istehsalı 1,8 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 6,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən Millinews.az-a verilən məlumata görə, sənaye məhsulunun 68,4 faizi mədənçıxarma, 26,4 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.