Xəbərlər
Matəmə görə bu seriallar yayımdan qaldırıldı
Bu axşam Türkiyə telekanallarında “Yalı çapkını” və “Ateş kuşları” seriallarının yeni bölümləri yayımlanmayacaq.
Millinews.az xəbər verir ki, ekran işləri Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə elan olunan 3 günlük matəmə görə nümayiş olunmayacaq.
Qeyd edək ki, ötən gün də “Kuruluş Osman”, “Adım Farah” və “Benim güzel ailem” serialları yayımlanmamışdı.