İdman

“Müğənniləri boy sırası ilə düzüb, sözü mən öyrədərəm” – Qalmaqal

Müğənnilər Tacir Şahmalıoğlu və Amina Şirin arasında “Ölüm haqdır” mahnısı qalmaqalı böyüməyə davam edir.

Musavat.com xəbər verir ki, Tacir Şahmalıoğlu qonaq olduğu “Rəngarəng” verilişində Amina Şirinin “Ölüm haqdır” mahnısı ilə bağlı “Mən istəsəm, o mahnını yutubdan sildirərəm” sözlərinə münasibət bildirib. Şahmalıoğlu “Sən o mahnını sildirsən, mən bu sənətdən gedərəm. Sənin onu sildirməyə gücün çata bilməz”, – deyə, açıqlama verib.

Daha sonra proqrama telefon bağlantısı ilə qoşulan Amina Şirin canlı efirdə özündən çıxaraq Tacir Şahmalıoğlu ilə söz davasına çıxıb:

“Müğənniləri boy sırası ilə düzüb, sözü mən öyrədərəm. Heç kim mənə söz öyrədə bilməz. Mənim müəllimlərim də bəllidir. Mənim qəzəllərdən ibarət kitabım var. Nə zamana kimi haqqıma girəcəksiniz? Bir mahnı üstündədir bu dava? Oxuyun. Mən heç vaxt tərbiyəsizlik etmərəm”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu