İran “dil pəhləvanı”dır, qışqırır, amma…
İran İsrailə qarşı sərt bəyanatlar versə də, döyüşmək istəmir.
Millinews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İran hakimiyyəti hazırda çətin duruma düşüb – İsrailin HƏMAS-la müharibəsi ilə bağlı artan böhranın öhdəsindən gəlməyə çalışır.
Qeyd olunur ki, əgər İran münaqişədən kənarda qalsa, bu, onun regional liderliyə nail olmaq üçün onilliklər boyu davam edən səylərini sarsıdacaq.
“Digər tərəfdən, İsrailə qarşı hər hansı bir hücum İrana böyük ziyan vura və əhali arasında narazılıq yarada bilər”, – İran rəsmiləri bu cür düşünür.
Onlar görə, istənilən halda hökumət indi bütün gücü ilə İranı birbaşa müharibəyə sürükləyə biləcək bu münaqişənin böyük eskalasiyasının qarşısını almağa çalışacaq.
Mehti Kamiloğlu