Xəbərlər

İlon Maskı görün nədə ittiham etdilər: Niyə loqomuzu…

Sentyabr ayında Şotlandiya təmsilçisi “Haddinqton Taun” “Twitter” hesabında İlon Maskla bağlı yazı dərc edib. Klub amerikalı iş adamına məxsus olan “SpaceX”ə qarşı maraqlı iddia irəli sürüb: “İlon Mask niyə emblemimizi oğurlayıb? Onu geri gətirin!”

e3bf9714c446a99b4e0ce6a734be9

Düzdür, klubun emblemi tam olaraq “SpaceX” loqosu deyil. Şəkil ilk dəfə internetdə ayın əvvəlində peyda olub. Texasdakı “Starbase” kosmodromundakı şirkətin binalarından və raket konstruksiyalarından birinin üzərində tapılıb. Bu kosmodrom “SpaceX”in şəxsi istifadəsi üçündür.

Keçinin əks olunduğu loqonun niyə istifadə edildiyi sirr olaraq qalır. Lakin “Haddington Taun”u dayandırmaq mümkün deyil. Klub Maska komandaya sponsorluq etməsi barədə çağırışlar edir.

ee10d9ec54c1e8d3b31d0e8301ef5

Maska məxsus “X” sosial şəbəkəsində “Haddinqton” zarafatla onu klubun yeni sahibi kimi təqdim edib:

“”SpaceX”-in tizerindən sonra biz rəsmi olaraq elan edə bilərik ki, İlon Mask bizə qoşulub. Dostlar, bizim işarəmizi çox tez gördünüz. Klub İlonun bizə qoşulmasından məmnundur. Böyük şəxsiyyətlə işə başlamaq üçün səbirsizlənirik”.

Məşqçi və yarımştat SMM işçisi Ryan Leyşman “BBC Scotland News”a verdiyi müsahibədə, “Haddinqton”a sərmayə qoyacağı təqdirdə Maska 9 nömrəli formanı söz verib:

“Mən bunu bildirişlərdən bildim ki, onlar klubu etiketləməyə və bunun bizim logomuz olub-olmadığını soruşmağa başlayıblar. Bu loqonu ona görə istifadə edirik ki, keçi “Haddinqton”un simvoludur. Şəhəri gəzsəniz, keçilərin olduğu pankart və heykəllər görərsiniz. Bu heyvanla bağlı hətta gerbdə də nəsə var. Düşünürəm ki, İlon Mask bizimlə oynamaq istəsə, futbolçular xoşbəxt olacaqlar. O, bir az pul yatırsa, biz ona 9 nömrəni verəcəyik”.

80511c6d5485fabd05a08dacffc16

Söylənənlərin hamısı doğrudur. Keçi 13-cü əsrdən bəri şəhərin simvoludur. Orta əsrlərdə Haddinqton Aberdin, Roksburq və Edinburqdan sonra Şotlandiyanın dördüncü əsas şəhər idi. Lakin İngiltərəyə ilhaq edildikdən sonra Haddinqtonun əhəmiyyəti azalıb. İndi oranın cəmi 10 min əhalisi var.

Leişmanın sözlərinə görə, klubun hazırda yeni forma və məşq avadanlıqlarına ehtiyacı var. İlon Maskın sponsorluqla bağlı atacağı addım komandaya kömək ola bilər.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu