Xəbərlər

Millinews.az – Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.

Bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 5-ci toplantısı çərçivəsində baş tutub.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, həmçinin, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Özbəkistan tərəfi ənənə halını alması planlaşdırılan Şuşa Qlobal Media Forumunda iştirakdan məmnunluğunu ifadə edərək növbəti forumlarda da iştirakda maraqlı olduqlarını dilə gətirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu