Ölkə

11-ci sinif şagirdini məktəbin önündə… –  Gəncədə OLAY

Məktəbin önündə 11-ci sinif şagirdi bıçaqlanaraq öldürülüb.

Bu barədə Millinews.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Şagird dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu