Xəbərlər

Millinews.az – BQXK: “Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə mütəmadi baş çəkirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hazırda qeydiyyatında olan və Ermənistanda müntəzəm olaraq baş çəkdiyi iki Azərbaycan vətəndaşı var”.

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

“Onlara mütəmadi olaraq baş çəkilir. Əsirlərin vəziyyətləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır, ailələrinə bildirilir. Onlarla əlaqənin yaradılması təmin olunur. Sonuncu dəfə Ermənistandakı azərbaycanlı əsirlərə sentyabrda baş çəkilib”, – İ.Hüseynova qeyd edib.

Aysel Aslan

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu