Xəbərlər

NATO Aralıq dənizində nüvə təlimlərinə başlayacaq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans gələn həftə Aralıq dənizində “illik olaraq planlaşdırılan” “Steadfast Noon” nüvə təliminə başlayacaq.

Onun sözlərinə görə, bu təlimlər NATO-nun bütün müttəfiqlərini qoruyacağına dair açıq siqnal verir.

Stoltenberq qarşıdan gələn manevrlərin parametrlərini açıqlamayıb. Lakin NATO təcrübəsinə əsasən, təlimlərdə alyansın həm nüvə, həm də qeyri-nüvə dövlətlərinin hava və dəniz qüvvələri iştirak edir.

Mənbə: TASS

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu