“Teymur əmi”nin nəvəsi: Müalicəm üçün 40 min tələb olunur – FOTOLAR

Mərhum Xalq artisti Teymur Mustafayevin nəvəsi ağır vəziyyətdədir.
Bu barədə “Yeni Sabah”a özü məlumat verib.
Xanəndənin adaşı bildirib ki, bir neçə il əvvəl avtomobil qəzasında ağır xəsarət alıb. Onurğa-beyin zədəsi nəticəsində ayaqları hərəkət etmir, döş qəfəsindən aşağı hissiyat itib, əlləri də qismən funksiyasını saxlayıb.
T. Mustafayevin növbəti müalicə prosesi üçün maliyyə dəstəyi lazımdır. Hazırda o, anası ilə birgə Rusiyada, Novosibirskdə yerləşən “Lesnoy” Reabilitasiya Mərkəzində müalicə alır.
Xalq artistinin nəvəsi bildirib ki, müalicə üçün tələb olunan 40 min manatdan cəmi 24 min manat artıq toplanıb.
Qeyd edək ki, “Teymur əmi” kimi xatırlanana mərhum Teymur Mustafayevin ailəsi əvvəllər də ağır sınaqlardan keçib. xalq artistinin oğlu Bakıxan Mustafayev 2007-ci ildə idarə etdiyi avtomobildə diri-diri yanmışdı.
Xalq artisti 2020-ci ilin iyun ayında, ömrünün 82-ci ilində vəfat edib.





