Müğənni Nigar Camalın Londonda yaşayan qızı Jasmin yeni fotoları ilə diqqət çəkib. İstanbula gedən sənətçinin 17 yaşlı qızı instaqramda yeni fotolarınını paylaşıb. Boğaz mənzərəsində fotolar çəkdirən Jasmin paylaşımına Alfons de Lamartinin “Dünyaya bir dəfə baxmağa məcbursansa, sadəcə İstanbula bax!” sözlərini yazıb.
Növbəti fotolarında isə o, İstanbula heyran olduğunu və şəhəri təkr etmək istəmədiyini qeyd edib.
Məlumat üçün bildirək ki, Nigar Camal 2005-ci ildə türkiyəli iş adamı Haluk Camal ilə ailə qurub. 2014-cü ildə ayrılan cütlüyün bu nikahdan iki qızı var.