Xəbərlər

HƏMAS-ın girovları Netanyahuya çağırış etdi: Buraxın gedək!

HƏMAS 3 israilli qadın girovun baş nazir Benyamin Netanyahuya müraciət etdiyi yeni video yayımlayıb. Video ölkədə zəlzələ yaratsa da, Netanyahu videonu “qəddar psixoloji təbliğat” kimi qiymətləndirib. ABŞ mediası Mossad-ın direktoru David Barneanın girov razılaşması üçün Qətərə səfər etdiyini bildirib.

Millinews.az xəbər verir ki, İsrail-Həmas müharibəsi dördüncü həftəsində davam edərkən, ölkədə girov mübahisəsi getdikcə artır. Dünən Həmas, üç israilli qadının baş nazir Benyamin Netanyahudan onların azad edilməsinə kömək etməsi üçün yalvardığını əks etdirən yeni girov videosunu yayımlayıb. Adları Yelena Tropanov, Danielle Aloni və Rimon Kirşt kimi tanınan girovlar videoda divarda yan-yana oturmuş halda görünür. Onların üzlərində və bədənlərində gözə dəyən xəsarətlər olmasa da, qorxmuş və yorğun halları diqqəti cəlb edir.

“Jerusalem Post”un tərcüməsinə görə, ortadakı ibranicə danışan qadın çıxışına “Salam, Bibi Netanyahu” deyərək başlayır və belə davam edir:

“23 gündür HƏMAS-ın əsarətindəyik. Bilirik ki, atəşkəs olmalıdır. Siz hamımızı azad etməliydiniz. Biz İsrail dövlətinə vergi ödəyən günahsız vətəndaşlarıq”.

6540aad84e3fe0245483ec22

Çıxışının davamında Netanyahunu etinasızlıqda günahlandıran girov qışqırmağa başlayıb və “Biz qaçırılanda heç kim gəlmədi, heç kim bizi eşitmədi. Ordu orada deyildi. İndi hamımızı öldürmək üçün İsrail Silahlı Qüvvələrindən istifadə etmək istəyirsiniz. Buraxın gedək, buraxın ailəmizə qayıdaq”, – deyə üsyan edib.

İsraildə zəlzələ efekti yaradan videonun “qəddar psixoloji təbliğat” olduğunu bildirən Netanyahu, “Ailələri qucaqlayırıq və bütün əsirlərin ailələrinə qaytarılması üçün hər şeyi edirik” deyib.

Bu gün İsrail və Qərb mediasında HƏMAS-ın videogörüntüsindəki girovların ailələri ilə birgə fotoları yayılıb. Qərb mediası qadınların HƏMAS-ın təzyiqi ilə baş nazir Netanyahunu hədəf aldığını iddia edərkən, videoda girov götürülənlərdən Danielle Aloninin atası qızından indiyə qədər xəbər almadığını və sözügedən videonun ona ümid verdiyini bildirib və hökumətdən kömək istəyib.

6540ab534e3fe0245483ec2d

HƏMAS indiyədək yalnız 4 girovu azad edib. İsraillilər girovları dəyişdirmək üçün hökumətə təzyiqləri artırırlar. Həftə sonu böyük bir izdiham İsrail Müdafiə Nazirliyinin qarşısında nümayiş keçirərək, Həmas tərəfindən saxlanılan girovlarla İsrail həbsxanalarında saxlanılan, təxminən 10 min nəfər olduğu düşünülən fələstinlilərin dəyişdirilməsini tələb edib.

6540ac574e3fe0245483ec48

ABŞ-ın “Wall Street Journal” qəzeti İsrail Xarici Kəşfiyyat Təşkilatının Mossad rəhbəri Devid Barninin girovların azad edilməsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə səfər etdiyini yazıb. WSJ-nin məlumatına görə, Barni Qəzzaya humanitar yardım müqabilində girovları azad etmək üçün çalışır. Qəzetin gəldiyi məsələ ilə tanış olan mənbələrə görə, HƏMAS mümkün razılaşma çərçivəsində İsraildən yanacaq və atəşkəs tələb edir. Misir rəsmiləri HƏMAS-ın əsir götürdüyü İsrail əsgərləri müqabilində İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi məsələsinin də müzakirə edildiyini açıqlayıb.

Nəzrin Cavadzadə

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu