İdman

İsa Həbibbəyliyə çətir tutan KİMDİR? – İşdən ÇIXARILIB?

AMEA-nın prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub.

Konkret.az xəbər verir ki, bu şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.

Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır. Bu dəfə o, 20 Yanvar faciəsinin ildönümündə əməkdaşının tutduğu çətirlə gündəm olub.

Xatırladaq ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu. Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu.

************

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarəti zamanı AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun ona çətir tutması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yayılan məlumatlara görə, İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. İddialarda səbəb kimi isə bu davranışın İsa Həbibbəylinin ictimaiyyətin qınağına tuş gəlməsi göstərilib.

Milli.Az məsələ ilə bağlı AMEA ilə əlaqə saxlayıb.

Akademiyadan sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunub ki, sözügedən şəxs hazırda öz vəzifəsini icra etməkdə davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu