Qurbanovu əsəbləşdirən HƏMİN HADİSƏ – “Hər futbolçunun bir ağası olar”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov vacib açıqlamalar verib.
Maliyyə ilə bağlı sıxıntı yoxdur. İlboyu belə rəqiblərlə oynamışıq. Bu günlərdə hazır deyilik ki, belə komanda ilə 90 dəqiqə oynayaq. Amma qarşımızdakı rəqiblər də ciddi rəqiblərdir. İlk yoxlama oyununda böyük ehtimalla hər futbolçu bir hissə oynayacaq. Amma ikinci matçda 90 dəqiqə oynatmaq nəzərdə tutulub. Futbolçuların hazırlığına baxacağıq. Elə də böyük vaxt itirməmişik. Hazırlıq planımızda problem olmayacaq. Sadəcə əskiklərimiz var idi. Onlar da yorğunluq və psixoloji gərginlikdən irəli gəlirdi. Bəzi detallarda intizamsızlıq olurdu. Onları aradan qaldırmaq üçün fasiləyə ehtiyacımız var idi ki, qaydasına salaq. 20 gün idman formasını itirmək üçün ciddi vaxt deyil. Futbolçular aktiv istirahət ediblər. Bu günlərdə onların sağlamlığını və gücünü geri qaytarmaq lazım idi. İnanmıram ki, başqa sıxıntımız olsun.
– “Qəbələ” ilə matçdan sonra demişdiz ki, futbolçulara görə zənglər çox gəlir…
– Hələ də davam edir. Çalışırıq ki, yoluna qoyaq. Hər futbolçunu başa düşmək olar. Burada iradım futbolçulardan daha çox edilən zənglərədir. Biri var bir futbolçu ilə bir nəfər danışır, biri də var ki, hərə bir tərəfdən vasitəçilik etməyə çalışır. Sanki onlar futbolçunun gələcəyini düşünənlərdir. Bir futbolçunun bir ağası olar.//Publika.az



