Xəbərlər

Aleksandr Bortnikov Prezident İlham Əliyevə təşəkkür etdi


Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov Prezident İlham Əliyevə təşəkkür edib.

Millinews.az xəbər verir ki, A.Bortnikov bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbulu zamanı deyib.

“İlham Heydər oğlu, yaradılan şəraitə və bugünkü görüşdə bizə verdiyiniz tövsiyələrə, tarixi arayışa, hazırda bizim içərisində olduğumuz MDB məkanında və regionda baş verən proseslərin əsaslandırılmasına görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu, baş verənlərin anlaşılması və obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bugünkü iclasın nəticələrindən gələcəkdə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllində maksimum dərəcədə səmərəli və məhsuldar istifadə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – Aleksandr Bortnikov qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu