İdman

“Qarabağ”dan növbəti ÜZÜCÜ XƏBƏR – 3 OYUNÇUSUNU İTİRDİ

“Qarabağ”da zədələ oyunçuların sayı artmaqda davam edir. Kadi Borges, Şahruddin Məhəmmədəliyev və Joni Montiel.

“Sabah”la oyunda ispaniyalı futbolçusu Joni Montielin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Teleqraf xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur.

Montielin yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

“Qarabağ” və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Ağdam təmsilçisinin digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu