Xəbərlər

Mahaçqala hava limanında yanğın siqnalı verildi

mahacqala

Mahaçqala hava limanında yanğın siqnalı verilib və vətəndaşlardan binaları tərk etmək tələb olunub.

Millinews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Oktyabrın 29-da axşam saatlarında Təl-Əvivdən uçan təyyarənin ora enmək üzrə olduğu məlum olduqdan sonra, kişi izdihamı Mahaçqala hava limanına daxil olub.

“Daily Storm” “Telegram” kanalının məlumatına görə, yerli sakinlər şəhərə enməli olan yəhudi dövlətinin vətəndaşlarını axtarmaq üçün Mahaçqala hava limanının hasarını sökməyə başlayıblar.

Həmçinin Mahaçqala hava limanında yerli sakinlərdən ibarət izdiham yəhudi ilə səhv salınan şəxsi saxlayıb pasportunu götürüblər.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu