Bu universitetdə Qərbi Azərbaycanla bağlı fənlər tədris olunacaq
Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq.
Bu barədə Millinews.az-a Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi alim Arzu Adullayev məlumat verib.
Prorektor bildirdi ki, 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında, “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Qərbi Azərbaycanın toponimikası”, “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” fənləri tədris olunacaqdır.
Bununla bağlı NDU-nun 30 oktyabr 2023-cü il tarixli Emi Şurasının Qərarı ilə təsdiq edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.