İsrail məktəbləri distant təhsilə keçdi
İsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib.
Millinews.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.
Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququnu özündə saxlayır.
Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.