Bayden Yaxın Şərqdə “iki şillə” aldı
İordaniya Kralı II Abdullahın onunla görüşməkdən imtina etməsi Amerika prezidenti Co Baydenə açıq “yumruq” oldu.
Millinews.az xəbər verir ki, bu barədə “Europe Diplomatic” nəşrinin jurnalisti Anna van Denski öz Youtube kanalında bildirib . O, Amerika Birləşmiş Ştatlarının rəhbərinin Yaxın Şərqə səfərinin çox “fəlakətli” olduğunu açıqlayıb.
“Mən əmin deyiləm ki, bu səyahəti ziyarət adlandırmaq olar. Axı İordaniya kralı Abdulla Baydenlə görüşdən imtina etdi. Nəzərinizə çatdırım ki, bu, əvvəllər Qəzzadan olan bir qaçqını belə qəbul etməkdən imtina etdiyini bildirən həmin siyasətçidir”, – Van Denski vurğulayıb.
Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da Amerika prezidenti ilə görüşdən imtina edib. Bu cür hərəkət Bayden üzünə “ikinci şillə” oldu.
Tural