İdman

“Heç vaxt aktyorlarla dostluq etməmişəm, sürüşkəndirlər”

Kulis.az Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Əsrin yaşıdı” layihəsində APA-ya müsahibəsini təqdim edir.

Dosye: Jurnalist, kinoşünas Aydın Kazımzadə 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. Uzun illər “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru olub. Azərbaycan kino tarixinin mahir bilicisi kimi tanınır.

Aydın müəllimlə müsahibəni qarlı-şaxtalı şənbə gününün səhərinə razılaşdırmışdıq. Planımız da belə idi: Həkiminin məsləhətinə uyğun olaraq görüşəndə birlikdə gəzintiyə çıxıb söhbətləşəcək, sonra evlərinə qalxıb müsahibəmizə davam edəcəkdik. Lakin hava bütün planımızı pozur. Fotoqrafımız Rüfətlə metrodan onun evinə qədər olan yolu “Allah-Allah”la gəlsək də, binanın həyətinə çatanda hər ehtimala qarşı zəng vurub planımızın qüvvədə olub-olmadığını soruşuram. Aydın müəllimsə yolların buz bağladığını, belə havada gəzməyə ehtiyat etdiyini deyib məni də ağır məsuliyyətdən xilas edəndən sonra evə qalxırıq – onuncu mərtəbəyə.


Aydın müəllim bizi görən kimi:

– Siz qəhrəmansınız, bu soyuqda gəlmisiniz.

– Hə, maşallah, soyuqdur, – zarafata salıram.

– Olsun e, soyuq, amma bu qarın Bakıya yağmağı düz gəlmir axı. Ay qar yağsın, ay mikrobları öldürür… Dee, yağdı. Camaat maşınla yollarda qalıb, nə qədər adam xəstəxanaya düşüb.

– Aydın müəllim, qabaqlar da normadan artıq yağış, qar yağan kimi Bakının dərdi-səri artırdı?

– Həmişə .

– Bineyi-dövrdən?

– Hə. 61-ci ildə Sovetskidən üzüaşağı sel gəldi.

– Nə vaxt?

– 61-ci ildə.

– Bildim. Yay idi, qış idi?

– Yay. Qışda olsaydı, evimiz yıxılardı. Bir dənə sel gəldi ki, evləri su basdı. Mən Kubinkada böyümüşəm. Kanalizasiya da yox. Evlər suyun altında qaldı. Bizə beşinci mikrorayonda ev verdilər.

7 1740724806

– Müvəqqəti?

– Həmişəlik. Yenə Mircəfər Bağırov nəsə eləyirdi, o da çatdıra bilmədi. Bir dəfə yolda gedirmiş, görür, gölməçədir. Dərhal oranın birinci katibini gətirdir. Əmr verir ki, gölməçə ilə o baş, bu başa yerisin, sonra deyir ki, gedirəm, qayıdanda bu gölməçəni görməyim. Belə adam idi.

– Bu əhvalatı eşitmişəm. Bağırov onda Bakıya baxırdı?

– Hə. O bədbəxti də…

– O bədbəxti də nə?

– Özü özünü bədbəxt elədi. 27 min azərbaycanlını güllələtdi, Sibirə göndərdi. Deyək ki, bunun bir hissəsini o vaxt vəzifədə olan ermənilər təşkil edib. Düzdür e, o vaxtı erməni-müsəlman söhbəti yox idi, hamısı qarışıq idi. Mənim yadıma gəlir. Biz ermənilərin arasında böyümüşük. Amma heç vaxt bizdə onlara qarşı kin-küdurət olmayıb. Amma onların içində olub.

– Siz yəqin ki, 50-60-cı illərdən danışırsınız. Necə olur ki, cəmi 40 il əvvəl baş vermiş Mart soyqırımını unutdunuz?

– Bizdə unutqanlıq var.


– Daşnaksutyunla bolşeviklər birləşib o boyda qırğın törətmişdi. Bakılılar bunu nə tez unutdu?

– Bakılılar unutmamışdılar, sadəcə bu haqda danışanı tutur, millətçilik damğası vurub Sibirə göndərirdilər. Xalq yazıçısı Elmira Axundovanın çox istedadlı bir qardaşı vardı. Universitetdə millətçi dərnək yaratmışdı. Onu tutub Karaqandaya göndərdilər. Yaxud İsmixan Rəhimov.

– “İldırım” təşkilatı.

– Bəli-bəli. Onu Sibirə göndərdilər.

– Gülhüseyn Hüseynoğlu da həmən təşkilatın üzvü olub.

– Bizim müəllim idi. Danışırdı ki, onu dar bir yerə salıblar, heç tərpənmək də mümkün deyilmiş. Bir də görüb yuxarıdan başına su damcılayır. Sevinib ki, heç olmasa su bürkünün qabağını alar. Bir az keçib. Görüb başı az qala deşilir. Sonra deyirdi onu şüşə qırıqlarının üstündə sürüyüblər. Deməyinə görə, bütün bədəni çapıq-çapıq imiş. Yəni danışanların başına bu işləri gətirirdilər deyə, qorxudan camaat susurdu.

– Siz o vaxtı “İldırım” təşkilatı haqqında eşitmişdiniz?

– Yox, gizli saxlanılırdı, demirdilər.

– 1956-cı ildə də iki gənc Qız qalasına üçrəngli bayrağımızı sancıbmış. Bunu da o vaxt eşitməmişdiniz?

– O barədə də bir neçə il sonra eşitmişəm. Amma Xruşşovun vaxtında 1 May paradında bir nəfər Stalinin portretini qaldırdı. Artıq şəxsiyyətə pərəstiş dövrü getmişdi deyə, bu, Sovet hökumətinə qarşı çıxmaq demək idi. Həmən adamın gözümüzün qabağında qollarını burub apardılar.


– Camaat belə söhbətləri heç olmasa pıçı-pıçı ilə də danışmırdı?

– Yox e. Heç kəs danışmırdı. İndicə 18-ci il hadisələrini yada saldın. Mən səninlə razıyam. Bax, həmən hadisələrdən 7 il sonra 1925-ci ildə Azərbaycanda “Bismillah” filmi çəkildi. Necə oldu ki, hələ yaralar sağalmamış biz baş rola Papazyan adlı ermənini çəkdik? Yaxşı, deyək ki, qara camaat unutqandır, bəs sənətkarlar niyə bu məsələlərə göz yumurdular?

– İcazə verin mən soruşum, niyə?

– Çünki o vaxtı kinonun başında duran adam…

– (Sözünü kəsirəm) rus idi.

– Yox, azərbaycanlı, Şamil Mahmudbəyov idi. Yenə də deyirəm, bizdə unutqanlıq çox güclüdür. Sonrakı illərdə də Qurgen Tonunts adlı məşhur erməni aktyoru “Onu bağışlamaq olarmı?” filmində baş rola çəkdilər.

– Yəni deməyim odur ki, bu söhbətləri pıçı-pıçı ilə danışmaq olmurdu?

– Yox e, heç kəs heç kəsə inanmırdı, satırdılar. Deməli, bir ailədə ata gəlib mətbəxdə arvadına şikayətlənir, uşaq da eşidir. Səhəri gedib bunu məktəbdə danışır.

– Elə hadisə olub Bakıda?

– Hə, ondan da betər şeylər olub. Onu eşidən uşaqlardan biri gedib söhbəti evdə atasına danışır. O da NKVD-yə xəbər verir. Kişin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu