Ölkə
Azər Baxşəliyev xəstəxanadan çıxarıldı – Ailə qərar verdi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin son durumu haqqında məlumat verilib.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Poli orqan çatmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən valideyn və ailə üzvlərinin istəyi ilə Azər Baxşaliyev bu gün evə aparılır”.