İdman
Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var”

Müğənnilər Sevil və Sevinc Səfərovalar ifaçı Kəmalə Günəşli ilə bağlı qalmaqallı paylaşım edib.
Onlar Kəmalənin Xalq artisti Cavan Zeynallı ilə bağlı sözlərinə qəzəblənib.
“Çox heyfsilənirəm ki, bu gün belə cəmiyyətdə yaşayırıq, harada ki, yaşlı nəslə dil uzadılır. Söhbət heç sənətdən və sənətkardan da getmir, söhbət yaşlı nəslə uzadılan dillərdən gedir. Sizin oğlunuz tanımaya bilər, çünki onun sizin kimi “tərbiyə verən” anası var. Cavan nəsil sizə də baxmaq məcburiyyətində deyil, bunu da unutmayın”.
Qeyd edək ki, Kəmalə canlı yayımda gənc nəslin Cavan Zeynallını tanımadığını deyərək efirə dəvət olunmasına etiraz etmişdi. (Bizim.Media)
.jpg)



