MaqazinÖlkə

“Kişi evdə kişi kimi olmalıdır. Ərim buna görə evdə qırğın qoparırdı”

“Həyat yoldaşım evliliyimizin il dönümündə mənə sevdiyim bir ətir var onu aldı. Mənim üçün ailəmizin sağlamlığı ən böyük hədiyyədir. Məncə, bir ətir kifayyətdir, çünki onu xanımına almayan həyat yoldaşlar da var”.

OLAY yazır ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu Günaydın, Azərbaycan! verilişində deyib.

Sənətçi ona evlilik ildönümündə ailəsinin verdiyi hədiyyələrdən söz açıb:

“Mənim üçün həyat yoldaşımın ən böyük hədiyyəsi onun varlığıdır. Oğlum Babək mənə telefon hədiyyə etdi. Nəvəm Renat dedi ki, ata sənə sürpriz hazırlayıb. Atası deyib ki, demə… Amma o gəlib mənə bunu deyir. Guya, sürprizi gizlədir”.

Zülfiyyə gənclik illərində həyat yoldaşının ona qoyduğu qadağalarda da bəhs edib:

“Gənclik illərimdə həyat yoldaşım mənə qadağalar qoyurdu. Tərslikdən səhnədə mənə gülü hər zaman oğlanlar gətirirdi. Bunun üstündə də evdə qırığın qopurdu. Deyirdi ki, görürsən ki, sənı gül gətirirlər çıx get səhnədən. Cavab verirdim ki, bunu etmək olmaz. Necə hörmətsizlik edə bilərəm. Mərhum qayınatama şikayətləndim ki, bu məsələlərə görə oğlun məni incidir. Günlərin bir günü onu qabağına qoyub başladı danlamağa. Mənim də ürəyimi bu yağ kimi yayılırdı. Nə yaxşı ki, o, mən tərəfədir. Sonra qayınanam da ona başa saldı ki, xanımın sənət adamıdır, sən onunla ailə quranda bilirdin ki, bir sənət insanı ilə evlənirsən. Ona gül də gətirəcəklər, hədiyyə də verəcəklər. Sən bunları normal qarşılamalısan! Bu elin sənətkarıdırsa demək ki, eldən güllər də, hədiyyələr də alacaq. Sonra o bunu başa düşdü. Peşman deyil belə etməyə… Bəlkə bu da lazım idi. Kişi evdə kişi kimi olmalıdır. Hər şeyi icazə vermək də düzgün deyil”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu