“Anam xəstə olanda atam başqası ilə ailə qurdu. Ögey bacım və qardaşım var. Atam vəfat edəndən sonra istədim ki, onları yanıma gətirib təhsil verim. Amma anaları qoymadı”.
Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Həftənin qonağı” verilişində deyib.
Müğənni valideynlərinin ayrılmasından və ögey bacı-qardaşından danışıb:
“Anam atamı çox sevirdi. Həmin ərəfədə nişanlı idim. Nişanlıma təəccüblü gəlirdi. Deyirdi ki, 45 yaşında insan 5 uşaqla niyə boşanır? İndi də bacım və qardaşımla əlaqəm var. Təəssüf ki, təhsil almadılar. Amma ehtiyacları olanda deyirlər, əlimi uzadıram”.(Axşam.az )