MaqazinÖlkə

“Kişilikdən xəbəri yoxdur, amma puluna görə ətrafına adamlar yığıb”

““Kişi” deyilən bir söz var. Sonrada kişi olmur. Anadan doğulanda kişisənsə kişisən amma sonradan… Bu gün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Amma məni quru bir söz və ya bir fincan çayla hər şeyimi əlimdən almaq mümkündür”.

Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Günü bu gün” verilişində deyib.

Sənətçi bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıb:

“Görərəm ki, məni çox istəyir və diqqət ayırır. Bir sözlə insanlığı ilə… Elə belə də olub. O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib sonrada deyib ki, mənə 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam… Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. O ki məni düşünüb və bunları gətirib… Belə bir şeylər cəmiyyətdə çoxdur. Baxıb görürəm ki, kişilikdən xəbəri yoxdur amma pulu var. Ətrafına o adamları da pulunu görə yığıb. Pulu olmasa heç kim yanında olmayacaq. Amma bu şeylərin mənə dəxlisi yoxdur”.

M.Ağayev verilişdə söyləyib ki, dünyasını dəyişən bir Xalq artistini dəfn etməyə insan tapılmayıb:

“Dilarə Əliyeva verilişində bir dəfə mənə dedi ki, kim bura gəlir hər kəs səndən danışır. Yas düşür, toy olur, kimsə dalaşır, kimə pul lazım olur, kimin ağır günü olur Manaf orada olur. Bunlar səni yormur? Cavab verdim ki, yorur, vaxt olmur, gedə bilmirsən və əziyyət çəkirsən. Amma bir şeyi bilirəm ki, dünyamı nə zamansa dəyişsəm həyətimdə insan əlindən yer olmayacaq. Amma mən Xalq artisti tanıyıram ki, onu dəfn etməyə adam tapılmamışdı. Cəmi 10-13 nəfər insan onun dəfnində olmuşdu. Ayıbdır deyə o Xalq artistinin adını çəkmirəm. Amma əminəm ki, hamı bir ağızdan söyləyəcək ki, Manaf hamıya kömək edib. Bəli, mən heç zaman özüm üçün yaşamadım. Bunu məni tanıyanlar çox gözəl anlayırlar”.  (olay)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu