Sosial verilişlərdə qalmaqalı çıxışları ilə seçilən Fatimə Hacıbəyli yenidən səs-küy salacaq açıqlamalar edib.
“Nigar xanım” verilişində qonaq olan ekspert varlı və yaşlı qadınları cavan oğlanlara meyl etməkdə günahlandırıb.
O, erkən nikahla ailə qurub ayrılan və daha sonra müxtəlif yollarla varlanan xanımların özlərindən 15-20 yaş cavan oğlanlarla münasibətdə olduğunu, yaxud evləndiyini deyib.
Bu halın hər iki tərəfin müxtəlif maraqlarına görə olduğunu deyən Hacıbəylinin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.Az)