MaqazinÖlkə

Zaurun oğlu da aparıcı olacaq – “1 ayın içində onu aparıcı edəcəyik”

Teleaparıcı Zaur Kamal oğlu Bartu ilə “Həmin Zaur” verilişinin yeni mövsümünə başlayıb.

Millitv.net Yenisabah.az-a istinadən xəbər verir ki, yenicə universitetə qəbul olan Bartu atası kimi aparıcı olmaq niyətindədir:

“Biz istəyirdik ki, Bartu hüquq fakültəsini oxusun. Evdəkilərin də istəyi bu idi, amma vəziyyət elə gətirdi ki, o, jurnalistika fakültəsinə qəbul oldu, qabiliyyət imtahanından keçdi, dedi ki, ata, mən də sənin kimi aparıcı olacağam. Biz də dedik ki, 1 ayın içində onu aparıcı edəcəyik”.

Daha sonra efirə oğlunu dəvət edən Zaur ona peşəsi ilə bağlı məsləhət verib:

“Bartu, gəl özünü təqdim et və tamaşaçılara özünü sevdir. O vaxt mən efirə çıxanda arıq, cılız, qara bir oğlan idim. Hərdən arxiv kadrlarına baxıb təəccüblənirəm, o görünüşdə tamaşaçılar məni sevib. Çünki mən səmimi oldum. Bartu da Zaursifətdir”.

Qeyd edək ki, Bartu Kamal bir neçə ay öncə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu