BMT əməkdaşlarını Qəzza zolağından çıxarır
BMT bütün strukturlarının əməkdaşlarını Qəzza zolağından çıxarır.
Millinews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında fəaliyyət göstərən BMT əməkdaşlarının bölgənin cənubuna köçürülməsinə başlanılıb.
BMT bundan əvvəl Qəzza zolağında 9 əməkdaşının həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağında BMT-nin 9 əməkdaşı həlak olub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Artıq İsrail ordusu HƏMAS silahlılarını zərərsizləşdirmək üçün Qəzza zolağına daxil olub. Bundan əvvəl mülki əhaliyə bölgənin cənubuna getmək barədə çağırış edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.