Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs sənətkarı sevən insanlardan müxtəlif bəhanələrlə pul alır.
Bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb. Nəvənin sözlərinə görə, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir:
“Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın. Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s”.
Emin Babayev babasının sonuncu qardaşının 11 il əvvəl vəfat etdiyini yazıb.//Lent.az