MaqazinÖlkə

“20 ildir ki, bu sənətlə peşəkar şəkildə məşğulam”

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı müğənni Üzeyir Mehdizadə olub.

Bir çox ölkələrdə mahnıları trendə çevrilən, dünyanın fərqli arenalarında konsertlər verən müğənni məqsədlərindən danışıb:

“20 ildir ki, bu sənətlə peşəkar şəkildə məşğulam. Hazırda olduğum yerdən məmnunam. Məqsədim budur ki, necə ki bizə xaricdən müğənnilər gəlir, insanlarımız xarici musiqiləri dinləyirlər, bizdən də bunları edənlər olsun. İlk olaraq isə özüm etməyə çalışacağam”.

İnsanlara pozitivliyi aşılamağın şərt olduğunu deyən Ü.Mehdizadə bildirib ki, indi oxuduğu mahnılarında daha diqqətli olmağa çalışır:

“Gənc yaşlarımda elə mahnılarım olub ki, bu gün onları məndən istəsələr də, oxumaram. Əyləncəli mahnılar dünyada ən çox tələb olunanlar siyahısındadır. Mənim də bu cür mahnılarım olub. Bu gün isə xarakterimlə bağlı olaraq düşünürəm ki, əvvəllər onlardan üç idisə, kaş bir olardı. İnsanlara pozitivliyi aşılamaq şərtdir, amma həddində olsa, yaxşıdır. İndi mahnılarımın sözlərinə fikir verməyə çalışıram, çox ehtiyatlı davranıram, gərək əvvəl də belə edərdim”.

Keçmişinin ona stimul verdiyini söyləyən müğənni qeyd edib ki, səhvlərdən heç kim sığortalanmır:

“Keçmiş barədə çox düşünən insanam. Ötüb keçən günlərimə elə-belə yanaşmıram, onlar indi belə mənə çox şey öyrədir. Əvvəl yaşadıqlarımı yaşamasaydım, başqa düşüncədə olardım”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu