Millinews.az – Bir həkimin qazilik hekayəsi: “Əlil olsam da, yenə cəbhəyə gedərəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV Vətən müharibəsi qazisi Ruslan Qurbanini ziyarət edib.
Hərbi həkim Ruslan Qurbani qazilik hekayəsindən bəhs edib.
O qeyd edib ki, onların xidmət etdiyi hərbi hissə sentyabrın 27-si döyüşlər başlayan zaman Füzulinin Qaraxanbəyli istiqamətində hücuma keçib.
“Oktyabrın 10-da məlumat verildi ki, yaralı əsgərimiz var. Biz yaralının olduğu yerə gedərkən maşını vurdular. Mən və sürücü yaralandıq. Bir müddət Azərbaycanda müalicə olunduq. 2021-ci ilin iyun ayında qardaş Türkiyəyə müalicəmin davam etdirilməsi üçün göndərildim. 2022-ci ildə avtomobil və işlə təmin olundum”, – R.Qurbani bildirib.
Əlil olmağını qüsur kimi görmədiyini bildirən qazimiz ehtiyac olarsa, yenə də cəbhəyə getməyə hazır olduğunu deyib.
Ətraflı süjetdə: